Zəmanət şərtləri

Zəmanət şərtləri

Baku Service Company-nin əsas məqsədi qısa vaxt ərzində müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdir.

Baku Electronics mağazalar şəbəkəsindəəldə edilən hər bir cihaz üçün zəmanət talonu verilir. Zəmanət talonu yalnız aşağıdakı hallarda etibarlı sayılır:

Zəmanət talonunda cihazın modeli: seriya nömrəsi, satış tarixi, firma satıcılarının möhürü və alıcının imzası qeyd olunmalıdır.

QEYD: Zəmanət talonunda olan cihazın model və seriya nömrəsi cihazın üzərində olan model və seriya ilə eyni olmalıdır.

1. ZƏMANƏT XİDMƏTLƏRİ VƏ PULSUZ SERVİS XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ ŞƏRTLƏRİ.

Baku Service Company” cihaz üçün satış tarixindən başlayaraq 36 ay müddətinəpulsuz zəmanət xidməti göstərir və 12 ay müddətində cihaz üçün tam məsuliyyət daşıyır.

2. Əgər hər hansı bir təmir işi cihazın sökülməsini və ya konstruksiya dəyişkənliyini tələb edirsə, o zaman Zəmanət xidməti göstərilmir. Zəmanət xidmətinin göstərilməməsi aşağıda qeyd olunan bütün cihazlara aiddir:

A) Distansiyon idarə etməmexanizmində, batareyalar, qidalandırıcı elementlər, daxili qidalandırıcı mənbələr və enerji ehtiyyatını təmin edən cihazlar.
B) Birləşdirici kabellər, antennalar vəonlar üçün ötürücülər, qulaqlıqlar, mikrafonlar, Hends fri (qarnitur) , müxtəlif informasiya daşıyıcıları (audio-video kassetlər, müxtəlif proqram diskləri, drayver və kart yaddaşı)
C) Üzlük, remen, ötürücü qoşulmalar, quraşdırma alətləri, sənədlər və s.

ƏLAVƏ OLARAQ :

SOYUDUCULAR-iy uducusu, hava təmizləyicisi (biodezarator) filter, yeşiklər və digər həcmli ərzaq saxlamaq üçün qablar.
MİKRODALĞALI SOBALAR ÜÇÜN:
Qab, vertel, barmaqlı,
TOZSORANLAR ÜÇÜN:
Boru, başlıq, toz yığan, filter
PALTAR YUYAN MAŞIN ÜÇÜN:
Zibil filteri və su filteri
KONDİSİONERLƏR ÜÇÜN:
Filter
PRİNTER ÜÇÜN:
Katric
MOBİL TELEFONLAR ÜÇÜN:
JK indekatoru

4. Pulsuz Servis xidməti 3 bənddə qeyd olunan cihazların ləvazimatları üçün göstərilmir.

5. Baku Service Company zəmanət məsuliyyətini və pulsuz servis xidmətini aşağıdakı hallarda həyata keçirmir:

A) Əgər cihaz ailə və məişət istifadəsi üçün nəzərdə tutulubsa, lakin istifadəsinə yararlı olmayan digər məqsədlərlə istifadə olunursa.
B) İstifadə və quraşdırma qaydalarınaəməl etməyib, onlardan düzgün istifadəetmədikdə.
C) Əgər cihaz keyfiyyətsiz təmirə məruz qalıbsa.
Ç) Əgər cihaz İstehsalçı tərəfindən məhdudiyyət qoyulan hər hansı bir instruksiya dəyişikliyinə və sökülməsinəməruz qalıbsa.
D) Əgər cihaz istifadə qaydası istər istifadəçi, istərsə də digər 3 şəxs tərəfindən düzgün yerinə yetirilməyibsə, hər hansı bir bədbəxt hadisə, hər hansı bir qüvvə nəticəsində defekt yarandıqda.
E) Əgər cihazın daxilinə hər hansı bir kənar əşya və ya həşərat (tarakan, siçan) düşərsə:
Ə) Əgər cihazın təmizlənməsi lazım gələrsə:

6. Zəmanət məsuliyyəti və pulsuz servis xidməti aşağıdakı çatışmamazlıq detallarına aid deyil:

A) Cihaz müştəriyə təhvil verildikdən sonra müştərinin istifadəsi zamanı mexaniki zədələnmə baş verdikdə.
B) Standartlara uyğun olmayan telekomunikasiya, kabel və digər faktorların istifadəsi zamanı.
C) Standartlara uyğun olmayan vəkeyfiyyətsiz detalların istifadəsi zamanı yaranan zədələr zamanı

7. Quraşdırma və tənzimləmə istər servis işçisi tərəfindən, istərsə də istifadəçinin özü tərəfindən də həyata keçiriləbilər.

Bütün bu əməliyyatların Servis işçisi tərəfindən həyata keçirilməyi daha məqsədyönlüdür. Əgər Siz cihazı digər şəxslər tərəfindən quraşdırsanız o zaman quraşdırılma haqqında sənəd tələb edin, əks halda bu sonradan zəmanət və pulsuz servis xidmətinin göstərilməsində problemlər yarada bilər.

фильмы бесплатно