Tarix

1995-ci ildən öz fəaliyyətinə başlayan BAKU SERVICE COMPANY şirkəti artıq 23 ildən çoxdur ki, müştərilərin xidmətindədir.
Fəaliyyətinə NAB adı ilə başlayan Servis Mərkəzi 1998-ci ilə qədər bu adla fəaliyyət göstərmişdir. Yalnız 1mühəndis ilə fəaliyyətinə başlayan şirkət sonradan öz işçi sayını 4 nəfərədək artırmışdı. Hal-hazırda isə işçi güvvəsi 200 nəfərdən artıqdır. Servis mərkəzi SAMSUNG firmasının istehsalı olan məişət cihazlarından əlavə müxtəlif markalı xırda və iri cihazların təmiri ilə də məşğul olurdu.
1996-ci ildə şirkət satış-sonrası xidmət sahəsində biznes əlaqələrini yaratmağa başlamışdır. Həmin ildə SAMSUNG RUSSIA SERVICE CENTRE şirkəti İlə distribyutorluq haqqında müqavilə imzalanmışdır. Bu müqavilədən sonra şirkət SAMSUNG firmasının istehsalı olan məişət cihazlarının (kondisioner, soyuducu, paltaryuyan maşın) quraşdırma və təmir xidmətlərini göstərməyə başlamışdır.
1998-ci ildə isə BSC ilk dəfə olaraq müştərilərə split tipli kondisionerlərin quraşdırma və təmir xidmətlərini göstərməyə başlamışdır.
Şirkət 2000-ci ildə SIEMENS firması ilə müqavilə imzalamışdır. Bu müqavilədən sonra müştərilərə SIEMENS firmasının istehsalı olan məişət cihazlarının (kondisioner, soyuducu, paltar yuyan və qab yuyan maşın) quraşdırma və təmir işləri göstərilməyə başlamışdı.
2001-2006-cı illərdə “AHB” adı ilə fəaliyyət göstərən şirkət 2002-ci ildə TEFAL firması ilə müqavilə imzalamışdır. Nəticədə bu firmanın istehsalı olan müxtəlif növdə məişət cihazlarının təmir işləri şirkət tərəfindən həyata keçirilir.
Şirkətin fəaliyyətindəki irəliləyişlər 2003-2006-cı illərə təsadüf etmişdir. Həmin illərdə satış sonrası xidmətə ehtiyacı olan müştərilərin sayı da artmışdır. Şirkətin fəaliyyəti tamamilə sistemləşdirilmişdir.
Şirkətin təşkil etdiyi kurs və seminarlar işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına istiqamətləndirilmişdir. Şirkətin əməkdaşları Azərbaycanla yanaşı Türkiyə, İran və Rusiya kimi ölkələrdə təlim məşğələlərinə qatılaraq biliklərini təsdiq edən sertifakatlar almışdılar. Hal hazırda BSC-nin işçi heyyətini 200 nəfər yüksək ixrisaslaşmış işçilər təşkil edir.
2007-ci ilin Fevral ayında şirkət rəsmi olaraq “BAKU SERVICE COMPANY” adını almışdır.
BSC şirkəti Abşeronda yerləşən 4 Servis Mərkəzi və ölkənin digər bölgələrində fəaliyyət göstərən 30-dan çox filliallardan ibarətdir. Hal-hazırda Bakı, Mərdəkan, Sumqayıt, Naxçıvan, Gəncə, Göyçay, Xaçmaz, Quba, Lənkəran, Cəlilabad, Goranboy, Şəki, Zaqatala, Mingəçevir, Kürdəmir, Qax, Əli-Bayramlı, İmişli və Şəmkirdə fəaliyyət göstərən BSC filiallarının əsas məqsəd və vəzifəsi Azərbaycanın istənilən bölgəsində müştərilərin vaxtına qənaət edərək, onlara sürətli və yüksək keyfiyyətli xidmət göstərməkdir.
Yenicə açılmiş internet səhifəmizin də əsas məqsədi ölkənin istənilən bölgəsində yaşayan müştərilərin vaxtına qənaət edərək, onlara BAKU ELECTRONICS mağazalarından alınmış texnikanın quraşdırılma və təmir xidmətlərə aid olan informasiyanı tapmaqda və yaranan hər hansı bir problemin həllində köməkçi olmaqdır.
BSC şirkətinin servis mərkəzləri yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz edilib. Burada çalışan mühəndislər müştərilərə gün ərzində orta hesabla 280 servis xidmətləri göstərir.
Şirkət müştərilərə müxtəlif növdə xidmət göstərən 6 şöbədən ibarətdir:
1. Məişət cihazlari şöbəsi
2. Audio-video cihazlar şöbəsi
3. Video kamera və foto apparatlar şöbəsi
4. Kiçik məişət cihazları şöbəsi
5. Mobil telefonlar şöbəsi
6. IS şöbəsi (kompyuter və printerlər)
BAKU SERVISE COMPANY əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək öz xidmət sahəsini artırmaq üçün öz məqsədyönlü fəaliyyətini davam edir.
Şüarımız: “Qısa müddət ərzində yüksək keyfiyyətli xidmət göstərməkdir!”фильмы бесплатно